İŞÇININ VƏZIFƏSI:
- Təşkilatın 4 region üçün işə qəbul üzrə işçi cəlbi prosesini idarə edir və həyata keçirir;
- İşə cəlbetmə üzrə, müsahibələr və seçim ilə bağlı regional menecerlər, filial menecerləri və digər heyətlə birgə çalışır;
- Təşkilatın işçi ehtiyaclarına uyğun vakansiyalar üçün elan mətnləri hazırlayır;
- Vakansiyalar üzrə elanları müvafiq saytlarda, uyğun yerlərdə yerləşdirir;
- Regionlarla işə cəlbetmə prosesi ilə bağlı aktiv iş aparır;
- Son seçim siyahısına uyğun olaraq müraciətçilərin testləşdirilməsini təmin edir, test nəticələrini təhlil edir;
- Müsahibələrin keçirilməsini təmin və təşkil edir, müsahibələrdə iştirak edir;
- Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
- Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.
TƏLƏBLƏR:
- Ali təhsil dərəcəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinin mükəmməl biliyi;
- İR sahəsində ən azı 2 illik iş təcrübəsi;
- Azərbaycan və İngilis dillərində yazılı və şifahi olaraq sərbəst ünsiyyət bacarığı, rus dilini bilməsi arzuolunandır;
- Kompüterdə (Outlook, MS Word) sərbəst işləmək, Excel proqramını mükəmməl bilməsi mütləqdir;
- Tələb olunduqda iş saatları üçün çevik olmaq, lazım gəldikdə iş vaxtının 30 %-ə qədərini səfər etmək bacarığı;
- Eyni anda bir neçə iş görmək və təzyiq altında işləmək bacarığı;
- Xoş görünüş və ünsiyyət qurma, komandada işləmə bacarığı;
- Təşkilatın missiyasına sadiqlik.
Maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formasını dolduraraq 14 dekabr 2014-cü il tarixinədək e-mail ([email protected]) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər.
E-məktubunuzun mövzu hissəsində ‘Recruiter’ göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
E-ünvan: [email protected]
Fax: (+994 12) 597 30 39
www.azercredit.az