27 C
Baku
Wednesday, July 24, 2024

İnsan Resursları departamentinin mütəxəssisi / baş mütəxəssisi – Rabitəbank

İnsan Resursları departamentinin mütəxəssisi / baş mütəxəssisi          

Əsas vəzifələr

  1. Bankın işə qəbul siyasətinə müvafiq olaraq namizədlərin banka cəlb edilməsini təmin etmək;
  2. Yeni işçilərin adaptasiya prosesini aparmaq; 
  3. İnsan resurslarına dair layihə və inkişaf proqramlarını hazırlanmaq və həyata keçirmək;
  4. Təlim və inkişaf sahəsinə dəstək göstərmək, zərurət yarandıqda təlimlər aparmaq;
  5. Qanunvericiliyin tələblərinə müvafiq olaraq  sənədləşdirmə prosesini aparmaq;
  6. Normativ sənədlərin hazırlanmasında iştirak etmək.

Tələblər:

  • Ali təhsil;
  • İnsan Resursları sahəsində ən azı 3 illik iş təcrübəsi (iri şirkətkərdə arzuolunandır);
  • AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktiki təcrübəyə malik olmalı;
  • Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
  • Yüksək kommunikasiya,  təqdim etmə və yazılı ünsiyyət qabiliyyəti;
  • Normativ xarakterli sənədlərin (prosedurların, qaydaların, təlimatların və s.) yazılması üzrə təcrübənin olması;
  • Yaradıcı və təşəbbüskar olmalı;
  • Azərbaycan dilini səlis, ingilis və ya rus dillərini yüksək səviyyədə bilməli;
  • MS Word, Excel, Power Point proqramlarında yüksək səviyyədə işləmə bacarığı.

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır. Uyğun  görülən namizədlərdən əvvəlki iş yerlərinidən tövsiyyə məktubları (xasiyyətnamə) tələb oluna bilər.
Əlaqə vasitələri:
E – mail :  [email protected]
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Son xəbərlər
Digər xəbərlər