9 C
Baku
Friday, December 13, 2024

İnsan Resursları Departamentinin Təlim və inkişaf şöbəsi və Əmək Münasibətlərinin Tənzimlənməsi şöbəsi üçün təcrübəçilər (Dəmir Bank)

İŞÇININ VƏZIFƏSI:

  • Daxil olan və departamentdən göndərilən sənədlərin qeydiyyatının aparılması;
  • İmzalanmış əmrlərin qeydiyyatı və müvafiq strukturlara göndərilməsi;
  • Kadrların idarə olunmasında istifadə olunan proqram vasitəsilə sənədlərin qeydiyyatı və göndərilməsi;
  • İşçilər barədə arayışların və xasiyyətnamələrin hazırlanması;
  • İşçilərin anket məlumatlarının proqrama daxil edilməsi;
  • Şəxsi işlərin arxivləşdirilməsi;
  • Əmək kitabçalarının qeydiyyatı jurnalının mütəmadi yenilənməsi;
  • Təcrübəçilərin şəxsi işlərinin və müqavilələrinin hazırlanması;
  • Təlim ilə bağlı sənədlərin skan edilməsi və qovluqlara tikilməsi;
  • Təlim əmrlərini skan edilməsi və göndərilməsi;
  • Filiallarda olan təcrübəçilər barədə hesabatların verilməsi;
  • Test paketlərini çap edilməsi;
  • Testin keçirilməsinə iştirak, test nəticələrinin elektron hesabatın hazırlanılması;
  • Təcrübəçiləri telefonla testə dəvət etmək;Digər kargüzarlıq işləri ilə məşgul olmaq.

TƏLƏBLƏR:

  • Ali təhsili yeni bitirmiş və ya son kurs tələbəsi;
  • Azərbaycan dilində yüksək səviyyədə yazı və ünsiyyət bacarığına sahib olmaq;
  • Dil biliyi (Ingilis dili – yüksək səviyyədə);
  • Analitik düşünmə qabiliyyətli;
  • Zəhmətsevərlik, yaradıcılıq;
  • Bəy namizədlərə üstünlük verilir;
  • Yalnız öyrənmək məqsədi olan, digər gözləntisi olmayan şəxslər;
  • Ən azı 3 ay müddətə (və ya daha uzun müddətə təcrübəçi kimi) çalışmaq imkanı olmalı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 sentyabr 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (İnsan Resursları Departamentinə təcrübəçi) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, təcrübəyə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər