17 C
Baku
Çərşənbə, Sentyabr 29, 2021

İnsan resursları üzrə kiçik mütəxəssis – Kristal Abşeron MTK

Screen Shot 2021 09 02 at 14.34.20

Şirkət: “Kristal Abşeron” MTK
Vəzifə: İnsan resursları üzrə kiçik mütəxəssis

Tələblər:

– Ali təhsil;
– İnsan resursları üzrə 1 il iş təcrübəsi,
– AR Əmək Məcəlləsini, əmək qanunvericiliyini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı,
– Sənədləşdirmə və yazışma işlərini bacarmalı,
– Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları),
– Güclü ünsiyyət və danışıq qabiliyyəti,
– Azərbaycan dilini mükəmməl bilməli, Rus dili və ingilis dili arzuolunandır,
– Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

– İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işlənilməsi, lazımi dəyişikliklərin daxil edilməsi,
– İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatın aparılması; əmək kitabçalarında müvafiq qeydlərin aparılması,
– Məzuniyyət qrafikinin və cədvəlininin tərtib olunması,
– İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa rəhbərə hesabat hazırlanıb təqdim edilməsi,
– İş vaxtının uçotu (davamiyyət) cədvəllərinin tərtib edilməsi,
– Müəssisələrə əmək qanunvericiliyi ilə bağlı mütamadi olaraq müvafiq məsləhətlərin və izahatların verilməsi,
– Şirkətin fəaliyyəti ilə əlaqədar bütün kadr sənədləşməsinə dair sənədlərin (qərarlar, əmrlər, əsasnamələr, prosedurlar və s.) üzərində işləmək bacarığı,
– e-gov,e-sosial portallarda şərbəst işləmək.
– Qanunvericilikdən irəli gələn digər işlərin yerinə yetirilməsi,

İş şəraiti:

– 6 günlük iş qrafiki;
– İş yeri: Sumqayıt şəhəri
– Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “İnsan resursları üzrə kiçik mütəxəssis” üzrə yazmaqla ”[email protected]” elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər