İnsan resursları üzrə aparıcı mütəxəssis
TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ
- Ali təhsil (iqtisadi, humanitar, idarəetmə);
- İnsan resurslarının idarə edilməsi (İRİE) sahəsində ixtisaslaşmış biliklər;
- Maliyyə sektorunda təhsilin təşkili üzrə biliklər;
- Beynəlxalq təlim mərkəzləri ilə əməkdaşlıq;
- Treyninq üzrə 3 illik iş təcrübəsi (maliyyə və ya iqtisadi sahə arzu olunandır);
- Səlis Azərbaycan, yüksək səviyyədə ingilis dili bilikləri.
VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR:
- Maliyyə Bazarlarına Nəzarət Palatasında insan resurslarının təhsili və inkişafına dair normativ sənədlərin hazırlanmasını, monitorinqini və təkmilləşdirilməsini təmin edir;
- Palatada əməkdaşlarının təhsilə olan tələbatlarının müəyyənləşdilməsi işini həyata keçirir;
- Əməkdaşların müəyyənləşdirilmiş tələbatlarına müvafiq olaraq, tədris formalarının seçilməsi, mənbələrin müəyyənləşdirilməsi və təhsil prosesinin təşkilini həyata keçirir;
- Palatada əməkdaşlarının tədrisinə nəzarəti və onun qiymətləndirilməsini təşkil edir;
- Tədrisin effektivliyinin müxtəlif formalarla analizini aparır və nəticələr barəsində hesabat verir, bu istiqamətdə təkliflər hazırlayır;
- Palatada yeni işə qəbul edilən işçilərin adaptasiyası prosesini təşkil edir;
- Palatada tədrisin prosesinin beynəlxalq standartlara uyğun qurulması məqsədilə digər inkişaf etmiş ölkələrin bu sahədə qabaqcıl təcrübəsini öyrənir;
Maraqlanan namizədlər CV-lərini mövzunu qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.