“PMD Group” MMC şirkətlər qrupunun “İstehlak Mallarının İstehsalı və Kənd Təsərrüfatı” portfelinə (FMCG&Agriculture) daxil olan “CPC” MMC (Corn Processing Company) ən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş sənaye üsulu ilə hazırlanan şəkər əvəzedici məmulatlarının istehsalı sahəsində cənubi Qafqazda yeganə müəssisədir. “CPC” MMC – də istehsalat tam avtomatlaşdırılıb və ən yüksək gigiyenik, həmçinin qida təhlükəsizliyi standartlarına cavab verir.
İNSAN RESURSLARI ÜZRƏ
Kiçik mütəxəssis/Mütəxəssis/Aparıcı mütəxəssis
İş yeri: Oğuz şəhəri (Əbdürrəhman Əsgərov 4, AZ4800)
İş vaxtı: I – V günlər 09:00 – 18:00
Əmək haqqı: Namizəddən asılı olaraq dəyişir
Tabeçilik: İnsan Resursları üzrə Menecer
İŞİN TƏSVİRİ
− “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən təsdiq edilmiş hesabat formalarına (Forma № 1-İ, № 2-İ, № 3-İ, № 4-İ, № 5-İ) uyğun olaraq yerli Məşğulluq Mərkəzlərinə məlumatları təqdim etmək;
− Əmək stajının hesablanması və kadrlar üçün müəyyən edilmiş sənədlərin aparılmasında iştirak etmək;
− İşçilərin əmək fəaliyyətlərinə dair arayışları və xasiyyətnamələri hazırlamaq;
− İşçilərin şəxsi işlərinin hazırlanması və aparılması, əmək fəaliyyətlə bağlı dəyişikliklərin edilməsi, saxlanmasını və onlarda olan məlumatların yayılmamasını təmin etmək;
− Əmək kitabçalarının “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın tələblərinə uyğun olaraq qəbulu, doldurulması, mükafatlandırılma və ya cəzalandırılma haqqında qeydlərin aparılması və əmək kitabçalarının təhlükəsiz yerdə saxlanılmasını təmin etmək;
− İşçilərin əmək müqavilələrini və əlavə sazişlərini (müqaviləyə dəyişikliklər) hazırlamaq, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək;
− Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və Baş direktroun əmrlərinə müvafiq olaraq işçilərin qəbulu, köçürülməsi və işdən azad edilmələrini vaxtında rəsmiləşdirmək və həyata keçirmək;
− Cəmiyyətin işçilərinin məzuniyyətdən istifadə məsələləri və xidməti ezamiyyələri ilə bağlı işləri aparmaq;
− Tabel uçotu, məzuniyyət qrafikinin tərtibatı və icrası, məzuniyyət cədvəlini təşkil etmək, işçilərin istifadə etdiyi məzuniyyətləri siyahıya almaq, təsdiq edilmiş cədvələ müvafiq olaraq növbəti və əlavə məzuniyyətləri rəsmiləşdirmək;
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR
− Ali təhsil; (Maliyyə, İqtisadiyyat, Menecment, Psixologiya sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
− Bilməlidir: Əmək məcəlləsini (orta səviyyədə), Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsini (kadr işinə aid maddələr), işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarını.
− Microsoft Ofis Proqramlarını (Microsoft Word, Microsoft Excel)
− Müvafiq sahədə minimum 1 (bir) il iş təcrübəsi;
Əlaqəli şəxs: Faiq Ağamoğlanov (0552058333/0502549777)
Göstərilən tələblərə cavab verən namizədlər öz CV – lərini 20.12.2017 – ci il tarixinədək [email protected] ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)