İnsan Resursları üzrə Menecer
Şəhər- Bakı
Yaş- 24 – 40 yaş
Təhsil – Ali
İş barədə məlumat
- HR strategiyasının hazırlanması, izlənməsi və inkişaf etdirilməsi;
- Vəzifə təlimatlarının hazırlanması;
- Vəzifələr üzrə kvalifikasiya və səriştəlik tələblərinin müəyyən edilməsi;
- Vakansiyaların elan edilməsi və namizədlərin seçilməsi;
- İşə qəbul və oriyentasiya planının hazırlanması və proseslərinin idarə olunması;
- Kadr bazasının yaradılması;
- Şirkət daxili prosedurların hazırlanması;
- İşçilərin təlim və motivasiya ehtiyaclarının müəyyən olunması;
- Təlimlərin planlaşdırılması, həyata keçirilməsində təşkilatı işlərin idarə olunması;
- Xidməti fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması, həyata keçirilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək müqavilələrinin, vəzifə təlimatlarının hazırlanması, elektron Hökumət Portalına daxil edilməsi, sosial sığorta şəhadətnamələrinin sifariş olunması;
- Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
- İş qrafiki: 09:00-18:00;
- Əmək haqqı: 640 AZN.
Namizədə tələblər:
- Azərbaycan , rus və ingilis dilini mükəmməl bilməli;
- MS Office proqramlarını, xüsusilə MS Excel proqramını yaxşı səviyyədə bilməli;;
- AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
- İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
- İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
- Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
- Hüquq və ya insan resursları sahəsində ali təhsil;
- Məsuliyyətli, diqqətcil və dəqiq, səbirli, mülayim, stressə dözümlü, gərgin iş rejimində çalışmaq qabiliyyəti.
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “İnsan Resursları üzrə Menecer – İRM www.azerjobs.com” qeyd edərək [email protected] elektron ünvanına 26 oktyabr 2018-ci il tarixinədək CV göndərməsi tələb olunur. Müsahibə göndərilmiş CV əsasında aparılacaq.