6 C
Baku
Sunday, December 15, 2024

İnsan resurslarının idarə edilməsi şöbəsinin mütəxəssisi – NBC bank

Tələblər:

– Ali təhsil
– İnsan resursları idarəedilməsi sahəsində ən azı 1 (bir) illik iş təcrübəsi;
– Əmək qanunvericiliyi və insan resurslarının idarə edilməsi üzrə normativ – hüquqi aktları bilməsi;.
– İnsanlarla əlaqə qurmaq bacarığı.
– Azərbaycan, rus dillərini bilməsi (əlavə olaraq ingilis dilini bilənlərə üstünlük verilir) ;
– Ünsiyyətçil və məsuliyyətli olması;
– Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
– Kompyuter biliklərinə malik olmaq.

Əsas vəzifə funksiyaları:

– Bankda qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyinə və AMB-nin normativ xarakterli aktlarına və göstərişlərinə riayət olun İnsan resurslarının idarə edilməsi üzrə sənədləşmə və kadr uçot sisteminin aparılması.
– İnsan resurslarının idarə edilməsi üzrə informasiya bazasının formalaşdırılması, idarə edilməsi və onun avtomatlaşdırılmasına dair təkliflərin verilməsi.
– Bank əməkdaşlarının əmək müqavilələrinin hazırlanması, onlara əlavə və dəyişikliklərin edilməsi, işçilərin motivasiyası və intizam tənbehlərinə dair tədbirlərin tətbiqi üzrə sənədləşmə işlərinin aparılması
– Bank əməkdaşlarının məzuniyyətlərinin palana uyğun surətdə təmin edilməsi və bununla bağlı müvafiq sənədləşmə işlərinin aparılması.
– Bank işçilərinin ştat cədvəlinin tərtib edilməsi və ona vaxtaşırı dəyişikliklərin aparılması
– Əmək kitabçalarının uçotunun aparılması, onların əmək qanunvericiliyinin tələblərinə uyğun şəkildə doldurulması, kadr sənədlərinin və əmək kitabçalarının qorunub saxlanılması
– İnsan resursları ilə işin normativ qaydalara əsasən təşkil edilməsi və müvafiq qurumlarla münasibətlərin qurulması.

Ünvan: Bakı şəhəri, Müzəffər Nərimanov küç., 2054-cü məhəllə

Email: [email protected]

Telefon (012) 566 46 46 ;    932  218

Son xəbərlər
Digər xəbərlər