Alimlərin gəldiyi nəticəyə görə, insanın boyunun yüksək olması onun liderlik keyfiyyətlərinin olması ilə əlaqəlidir. Xüsusən də, bu iddianı siyasətçilər üzərində müqayisə etdikdə görmək mümkündür.
Amerikalı psixoloqların gəldiyi nəticəyə görə, siyasətçinin boyu nə qədər yüksəkdirsə, əhalidə bir o qədər çox etibar yaradır. Texnoloji universitetdən Grey Murray bildirmişdir: “Bizim araşdırmamız və bu mövzuda digər tədqiqatlar göstərir ki, planetimizdəki insanlar tərbiyə və mədəniyyətindən asılı olmayaraq insanlar daha ucaboylu liderlərə etibar edirlər”.
Bundan əlavə, aparılan araşdırmalar gedişində məlum olmuşdur ki, keçmiş dövrlərdə insanlar öz hökmdar və liderlərini təsvir edərkən onları ucaboylu şəkildə təsvir etmiş və şəkilləri bu istiqamətdə çəkmişlər.
Comments are closed.