Prinstonun Social Cognition and Social Neuroscience Lab laboratoriyasında tədqiqatçılar belə bir araşdırma aparmışlar. Onlar bir saniyə ərzində şəkildəki insanların cəlbediciliyini, bacarıqlılığını və etibarlılığını qiymətləndirməyi tələb etmişlər. Bu əsasda qurulmuş reytinqin nəticələri başqa bir əsasda qurulmuş reytinqin nəticələrindən daha yaxşı olmuşdur. Qeyd edək ki, bu digər reytinqdə iştirakçılar şəklə istədikləri müddət ərzində baxmaqda sərbəst idilər.
Şəklə bir saniyə ilə baxmaqla münasibətlərin müəyyən olunması reytinqində ən yüksək göstərici etibarlılıq baxımından oldu. Şəklə baxma müddətini artırdıqca insanların şəkildəki hadisələrə bağlantısını və onların öz qərarlarında əminliyini artırır. Aparılan bu tədqiqatdan məlum olur ki, insanın etibarlı olub-olmaması barədə qərarlar onun xarici görünüşünü gördükdən bir neçə saniyə sonra verilir. Bundan sonra isə dəfələrlə o insanla görüşmək onun haqqında yaranan fikirləri təsdiq etmək imkanı yaradır.