17 C
Baku
Monday, April 29, 2024

İnsanın IQ-nün yüksək olmasını necə bilmək olar?

30 il əvvəl psixoloqlar müəyyən etmişlər ki, insanın göz bəbəyinin işığa qarşı yığılması sürəti onun əqli inkişafının səviyyəsini dəqiqliklə müəyyən etmək imkanı verir. Qaydalara əsasən, insanın IQ səviyyəsi nə qədər yüksək olarsa, onun göz bəbəyi də işıq qıcıqlandırıcılarına qarşı bir o qədər gec reaksiya verir. Alimlər öz eksperimentlərində reaksiyaların qeydə alınması üçün sürücülük kurslarında geniş yayılmış cihazlardan istifadə edirlər. Bundan əlavə onlar eksperiment zamanı əqli inkişafa təsir edən ürək ritmlərini və bədənin temperaturunu da ölçmüşlər.

Bu təcrübələr zamanı tədqiqatçılar belə nəticəyə gəlmişlər ki, insanın əqli inkişaf səviyyəsini təcəssüm etdirən digər fizioloji əlamətlər də mövcuddur.

Məhz bu əlamətlər sayəsində gələcəkdə insan öz müsahibinin əqli inkişaf səviyyəsini “bir baxışdan” belə anlaya biləcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər