Viskonsin –Medison Universitetindən olan psixoloqlar bəyan edirlər: «Əgər siz özünüz -özünüzlə danışmaq istəsəniz, tək qalacağınız bir yer seçin» . Belə bir söhbət beyinin fəaliyyətinə müsbət təsir göstərir. Bu halı anormal hesab etmək lazım deyil. Sorğular nəticəsində insanların hər hansısa bir əşyalarını itirdikdə özlərinə ünvanlanaraq, hiss etdiklərini ifadə etmək istədikləri aşkar olunmuşdu. Bunun üzərində tədqiqatlar aparılmışdı.
Bir qrup insana öz fikirlərini bildirməyə icazə verilmişdi, digər qrupa isə verilməmişdi.
Öz fikirlərini bildirməyə icazə verilənlərin itirilmiş əşyalarını daha tez tapdıqları və əhvallarının daha yaxşı, nəbzlərinin isə daha sabit olduğu sübut olunmuşdu. İnsanın öz–özü ilə danışması düşünmə proseslərini gücləndirir.
Ağıllı insanla danışmaq hər zaman xoşdu!