16 C
Baku
Wednesday, May 1, 2024

İnsanın yaddaşını sərt disk kimi pozmaq olar

İnsan yaddaşının idarə edilməsi elmi fantastik film ssenaristlərinin ən çox sevdiyi bədii fəndlərdən biridir. İndi bu tamamı ilə real ola bilər. Upsala (İsveç) universitetinin alimləri bəyan edib ki, onlar böyük bir irəliləyiş əldə ediblər və onların kəşfi sayəsində həddindən artıq həyəcanlı, narahat və depressiyaya meylli insanları müalicə etmək mümkün olacaq, bu barədə Daily Mail yazır.

Mütəxəssislərin sözlərinə əsasən insanın yaddaşından yenidən yarana xatirələri silmək mümkün olacaq ( söhbət qısa müddətli yaddaş adlandırdığımız fenomendən gedir). Son nəticədə bizim əldə etdiklərimiz milyonlarla insanın sağaldılması metodlarını təkmilləşdirmək məqsədi ilə istifadə oluna bilər” proyektin müəlliflərindən biri Tomas Aqren bəyan edib. Söhbət bir sıra narahatlıqlar keçirən, fobialardan, qəza sonrası zədələrdən, stress və panika tutmalarından əziyyət çəkən insanlardan gedir.

İnsan hər hansı bir informasiyanın öyrənəndə, bu onun beynində möhkəm uzunmüddətli yaddaş kimi toplanır, bu baş beyində xüsusi zülalların əmələ gəlməsi sayəsində mümkün olur. İnsan nəyisə xatırlamağa çalışdığı anda yaddaş bir müddət ərzində qeyri stabil olur, o vaxta qədər ki, informasiyanın uzunmüddətli yaddaşa oturması prosesi yenidən təkrarlansın. Başqa sözlərlə biz həqiqi hadisəni, yəni onun beynimizə həkk olunmuş ilkin versiyasını xatırlamırıq. Xatirələr heçdə statik, dəyişməz və sabit deyillər- mütəxəssis əlavə edir.

Alimlərin fikrincə hər bir hadisə haqqında xatirələr, hər yeni hadisə baş verdikcə öz dəqiqliyini itirir və sonda onlar orijinal xatirəyə tamamı ilə zidd gələ bilərlər. Yəni insan keçmişdə nə baş verdiyini deyil, hadisə haqqında son xatirəsini yada salır. Bunun səbəbini isə alimlər məhz belə izah edilər: insan beyni daima informasiyanın adaptasiya etməyə çalışır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər