10 C
Baku
Sunday, December 22, 2024

İnsanlar – ən yaxşı dəsrlikdir

Son 20 ildə internet bizim həm gündəlik həyatımıza, həm də iş təcrübəmizə rəng qatıb. Şirkətlərin mütəxəssislərin inkişafına yanaşmasının dəyişməsi də təəccüblü deyil. Bulud mühitinin inkişafı ilə, yeni biliklər əldə daha asan və daha ucuz oldu. Təhsil zəruri tələbata çevrilib: dəyişikləri qaçırmamaq üçün, biznes-liderlər əbədi olaraq tələbə olmaq məcburiyyətində qalırlar. Onlar öyrənməyi sevməli, yeni bacarıqların əldə edilməsində daim ehtiyac duymalıdırlar. Silikon Vadisində və dünyanın digər yerlərində ünsiyyət qurduğumuz liderlər və yenilikçilər görkəmli öyrənmə qabiliyyətləri ilə fərqlənirlər. Əbədi şagirdlər, yaşlarından və fəaliyyət sahəsindən asılı olmayaraq, yeni bir şey öyrənməkdən qorxmurlar.

Bununla yanaşı, məşhur idarəçilər nadir hallarda rəsmi kurslarda təhsil alırlar və ya hansısa standart proqramlardan keçirlər. Hətta virtual təlim proqramları belə dinamik iş mühitinə uyğun gəlmir. Kataloqdan seçilmiş kursların heç biri dəyişikliklərə uyğunlaşmağı bacarmır. Kitabların yazılması və podkastların yaradılması prosesində çoxsaylı uğurlu sahibkarlar və top-menecerlərlə danışıqlar aparırdıq. Onların fikrincə, müvəffəqiyyətin sirri kurslarda deyil.

Tanıdığımız liderlər tamamilə fərqli bir şəkildə öyrənirlər – şəbəkə ağılı adlandırdığımız bir şeydən istifadə etməklə.

Reid Hoffman, dostlarının biliklərinə əsaslanaraq PayPal-ın üzləşdiyi ciddi bir problemi həll etməyə müvəffəq oldu. Həmin vaxt şirkət PayPal Japan-ı işə salmağa çalışırdı, amma proses hər dəfə gecikdirilirdi. Hər həftə hüquqşünaslar şöbənin açılışını ləngidən yeni-yeni çətinliklər aşkar edirdilər. Reed Yaponiyada əlaqələri olan səkkiz dostuna müraciət edərək, onlardan kömək istədi. Onların üçü Joi Ito adlı şəxsin adını çəkdi. Joi Ito – yapon kapitalisti və sahibkarıdır. Reid onunla görüşdü və mövcud vəziyyəti müzakirə etdi. Joi Ito Yaponiyanın Maliyyə Xidmətləri Agentliyindən PayPal üçün rəsmi icazə ala bilmiş bir məsləhətçi tapdı. Lakin sayt mütləq qaydada yapon dilində olmalı idi: ingilisdilli saytlar hüquqi baxımdan Yaponiyada işləmirdi. PayPal Japan demək olar ki, dərhal bazara çıxdı, Reid və Joi isə bu günə qədər də əməkdaşlıq etməyə davam edirlər.

Təbii ki, tanınmış bir şirkətdə işləyərkən belə bir “təlim şəbəkəsi” yaratmaq daha asandır və artıq bir çox bağlantılarınız var. Lakin bütün bunlar sizi təsvir etmirsə, belə bir şəbəkə yaratmaq üçün güclü səy göstərmək lazımdır: üz-üzə təlimin üstünlükləri nəzərə çarpır. Üz-üzə ünsiyyətdə insanlar böyük auditoriya qarşısında, yazılı və ya onlayn şəkildə ifadə etmədikləri fikirləri bölüşürlər. Bundan əlavə, suallar verərək, sizə lazım olan açıqlamaları əldə edə bilərsiniz. Bu halda axırıncı partada əyləşərək, heç yerdə gizlənə bilməyəcəksiniz və “ev tapşırığını” yerinə yetirməli olacaqsınız.

Bu yanaşmanın effektivliyini sübut edən digər bir misala nəzər yetirək. Əsl əbədi tələbə Brian Chesky Airbnb şirkəti ilə bağlı Warren Buffet kimi mütəxəssislərdən məsləhət istəmişdir.  Stenford tələbələri qarşısında çıxış edən Chesky deyib: “Əgər doğru insanları tapsanız, heç bir şey oxumaq lazım deyil. Məsələn, təhlükəsizlik məsələlərini başa düşmək üçün, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri olan George Tenet-in yanına getdim”.

Unutmayın ki, ekspertlərin bir çoxu məşhur deyil. Dropbox şirkətinin təsisçisi Drew Houston, Masters of Scale podkastını yazarkən ona belə bir məsləhət verdi: “Sahibkarlarla ünsiyyətdə ol, əsas da məşhur sahibkarlarla. Səni bir, iki, beş ilə ötüb keçən insanları axtar. Mütləq çox vacib bir şeylər öyrənəcəksən”.

Onlayn kurslar da çox faydalı ola bilərlər, əsas da proqramlaşdırma və ya beynəlxalq kompetensiyaya aid olan  kurslar. Buna baxmayaraq, hazır təlim proqramları yalnız bir qayda olaraq deyil, bir çox bilik mənbələrindən biri hesab edilməlidir. 20 il əvvəl Bill Geyts yazırdı: “Rəqiblərdən fərqlənmək istəyirsinizsə, məlumatlarla aparılan işləri yaxşı təşkil etməlisiniz Məlumatın necə toplanması, təşkil təşkili və istifadə edilməsi çox vacibdir və sizin qalib və ya məğlub olacağınızı müəyyən edən əsas amildir”. Bizim dövrümüzdə təhsil sistemimizdə bilik həyatın müəyyən dövründə əldə edilmiş kapital kimi nəzərdən keçirilir. Əslində isə bilik daim dəyişir, təcrübəli liderlər onları əldə etməyə və işdə tətbiq etməyə dayanmırlar.

Bizim dövr hər gün bizə yeni çətinliklər gətirərək, qarşımıza standart olmayan vəzifələr qoyur. Çox vaxt bunun həlli yolunu tapmaq üçün, oxşar situasiyalarla üzləşmiş insanlarla danışmaq lazımdır.

Müəlliflər haqqında

Reid Hoffman – LinkedIn-in təsisçisi və Greylock Partners vençur şirkətinin əməkdaşıdır.

Chris Yeh – sahibkar, yazıçı və orator.

Ben Casnocha – Village Global vençur fondunun təsisçisi və əməkdaşı. Reid Hoffman və Chris Yeh “Blitzscaling” (Currency, 2008) kitabının müəllifləridir.

 

Son xəbərlər
Digər xəbərlər