Top Perfomer kursunu işə salanda, mən və Kel Nyuport peşəkar bacarıqlara yiyələnmə prosesi ilə əlaqədar ilk baxışdan nəzərəçarpan olmayan səhvə yol verdik. Eyni şeyi karyera inkişafını düşünən bir çox insanlarda müşahidə etdim, buna görə də bu məsələni sizinlə müzakirə etmək istəyirəm.
Kursumuzun böyük hissəsi bacarıqların inkişaf etdirilməsi layihələrin tərtib edilməsidir. Əsas məqsəd uğurlu karyeranın əsasını təşkil edəcək nadir və dəyərli bacarıqları inkişaf etdirməkdir.
Əvvəllər bunu etməyin iki fərqli yolun olduğunu bilmirdim.
Mürəkkəb detallaşdırma
Karyera bacarıqlarını yaxşılaşdırmaq istəyirsinizsə, işinizin vacib aspektlərini detalizasiya etməlisiniz. Tələbələrimizdən biri akademik fəlsəfəçi olmuşdur və buna görə o, məntiqi bacarıqlarını yaxşılaşdırmaq qərarına gəldi. Digər tələbəmiz memar idi və dizayn sahəsindəki biliklərini artırmaq istəyirdi.
Detallaşdırma yalnız konkret olduqda effektiv olur. Siz insanı digərlərindən fərqləndirə biləcək bir aspekt seçirsiniz və bütün diqqətinizi ona yönəldirsiniz.
İlk baxışdan, detallaşmanın faydalı olduğunu görə bilərik. Bəs problem nədədir? Problem ondadır ki, bu layihələrin çoxu gözlənilən nəticə verə bilməmişdir. Ola bilər ki, insan hansısa bacarığını yaxşılaşdıra bilsin, lakin bu layihələr karyera inkişafına və ya iş prosesini dəyişməyə kömək edə bilməmişdir.
Əlbəttə ki, istisna hallar da olub. İştirakçılardan biri proqramlaşdırma sahəsindəki biliklərini təkminləşdirmək qərarına gəldi və gələcəkdə istədiyi vəzifəyə gələ bildi.
Lakin burada uğurun əsasında duran mexanizm təkcə bacarıqların təkminləşdirilməsi ilə deyil, praktiki fəaliyyət ilə də əlaqəli olub. Əgər həmin iştirakçının viktorinalarda əldə etdiyi nəticələr dərc olunmasaydı, onun karyera inkişafının necə olacağını proqnozlaşdırmaq çətin olardı.
Nümunəvi uğur
Daha effektiv olan ikinci yol isə nümunəvi layihələrdi.
Nümunəvi layihələr bacarıqların yaxşılaşdırılmasına yönəlib. Nümunəvi layihələrə misal ola bilər:
- Yazıçılıq – bloq yaratmaq və 100 məqalə dərc etmək;
- Proqramlaşdırma – açıq kodlu populyar kitabxana layihəsi;
- Elmi iş – əvvəlki işinizdən daha təsirli olan tədqiqat aparmaq;
- Sahibkarlıq – yeni məhsul yaratmaq;
Niyə nümunəvi layihələr çox vaxt uğurlu olurlar?
Təcrübə göstərir ki, belə layihələrin əsas iki üstün cəhəti var. Birincisi, layihəni etalona bağlasanız, xoşagəlməz işlərdən qaça bilməyəcəksiniz. Və ikincisi, etalon layihələr nəzərəçarpan nəticələr verir. Yaxşı iş sizi irəliyə doğru apara bilər, lakın bacarıqları real karyera imkanlarına çevirmək üçün bu bacarıqları ətrafdakı insanlara aydın göstərməyiniz lazımdır.
Karyera inkişafı üçün etalon layihələr necə yaratmaq olar
Etalon layihələrin yaratmaq üçün tez-tez istifadə etdiyim yol – hal-hazırda edə bilmədiyim, lakin bacarıqlarımı inkişaf etdirib üzərində çalışsam edə biləcəyim işləri seçmək.
Bu layihələr, bir qayda olaraq, daha effektiv olurlar. Məsələn, özümü bir yazıçı olaraq təkminləşdirmək istəyirəmsə, “Milyon ədəd kitab satmaq” yox, “Milli qəzetdə və ya jurnalda dərc edilmək” layihəsinə üstünlük verməyim məqsədəuyğun olar. Birinci variant məqsədə çatmaq üçün lazım olan bacarıqları inkişaf etdirməyin müxtəlif konkret vasitələr təklif edir, ikinci variant isə ümumiyyətlə heç nə təklif etmir.
Yaxşı etalon layihələr daha qorxuludurlar, nəinki detallaşdırma layihələri. “Elmi işi daha yaxşı aparmağı öyrənmək” məqsədi, “Beş aparıcı jurnallardan birində məqalə dərc etmək” dən daha rahatdır.
İşinizdə hansı etalon məqsədlərə çata bilərsiniz? Onları “daha yaxşı olmaq” üçün göstərdiyiniz cəhdlərdən fərqləndirən nədir?