10 C
Baku
Monday, November 18, 2024

İnsanlar pul vəsaitini harada saxlamağı daha təhlükəsiz hesab edir? – Sorğu

Sosial Tədqiqatlar Mərkəzi növbəti blitz sorğu mövzusu kimi vətəndaşların pullarını harada daha etibarlı (təhlükəsiz) saxlaya biləcəklərinə dair rəyi öyrənib.

Sosial Tədqiqatlar Mərkəzindən verilən xəbərə görə, keçirilən sorğunun nəticələrində insanların öz pulunu saxlamaq üçün daha çox banklara üstünlük verdiyi aşkar olunub.

Belə ki, sorğuda iştirak edənlərin 39.9%-i pulunu evdə saxladığı halda, 56.7%-i banklara etimad göstərir. Sorğu çərçivəsində respondentlərin 1.8%-i digər cavab variantlarını qeyd edib, 1.5%-i isə bu suala cavab verməkdə çətinlik çəkdiklərini bildirib.

“Sizcə, pul vəsaitini harada qorumaq daha təhlükəsizdir?” sualına kişilərin yarısı (50.3%) “evdə” cavabı verdiyi halda, qadınların seçimi daha çox banklardan yana olub (62.9%).

Sorğu nəticələrini yaş təsnifatı üzrə təhlil etdikdə məlum olur ki, digərləri ilə müqayisədə gənclər daha çox bankları təhlükəsiz hesab ediblər. Belə ki, 18-24 yaşda olanların 65.2%-i öz seçimlərində banklara üstünlük verdiklərini bildirib. Bu məqam həmçinin özünü tələbələr üzrə də daha aydın şəkildə büruzə verib – 88.9%.

Həmçinin təhlillər orta aylıq gəliri 901-1200 manat aralığında olanların (70%) digərləri ilə müqayisədə pul vəsaitini evdə saxlamağa üstünlük verdiyini göstərib.

Qeyd edək ki, sorğular 18 yaşından yuxarı 384 nəfər arasında telefonla müsahibə formasında keçirilib, könüllü iştirak və anonimlik prinsipləri qorunub. Sorğu 12 iqtisadi rayonu əhatə edib və gender balansı təmin edilib. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.

63c6646090d9763c6646090d98167394620863c6646090d9363c6646090d95

MənbəApa
Son xəbərlər
Digər xəbərlər