12 C
Baku
Tuesday, October 1, 2024

İnsanlara icbari siğorta lazımdır?

2011-ci ildə  “İcbari Siğorta Haqqında”  qanun işlənib hazırlanmışdı. Qanunda 4 icbari sığorta növünün aparılması qayda və şərtləri müəyyən edilmişdi.

1-avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası,  2-daşınmaz əmlakın sığortası, 3- daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin sığortası, 4- sərnişinlərin sığortası.

Ekspertlərin qənaətinə görə  “İcbari sığorta haqqında”  Qanun tətbiq olunandan sonra daşınmaz əmlakın siğortasında irəliləyiş hiss olunub. Belə ki,nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası artıq bazarın 90 %-ni əhatə edib. Eyni vəziyyət daşınmaz əmlakın sığortası seqmentində müşahidə olunmur. Hərçənd belə müqayisənin özü də düzgün deyil. Çünki avtomobildə risk daha böyükdür və insanlar onları sığortalamaq barədə daha çox düşünürlər. Üstəlik bu sahəyə, dövlət, yəni yol polisi də gündəlik nəzarət edir. Yəni hadisə baş verəndə və ya təsüdüfi yoxlama zamanı icbari sığortanın olmaması üzə çıxa bilər, həmçinin illik texniki baxış zamanı da icbari sığortanın olması yoxlanılır.

 Statistikaya görə, hər il  yol-nəqliyyat qəzaları nəticəsində ölkədə on minlərlə şəxsin əmlakına və ya sağlamlığına ciddi zərər dəyir, yüzlərlə insan həyatını itirir. Qanuna  görə təqsirkar sürücü dəyən zərəri ödəməlidir. Lakin bir qayda olaraq təqsirkar sürücünün bu cür zərəri ödəməyə ya imkanı, ya da “həvəsi” olmur ki, bu isə uzun sürən (bəzən real nəticəsi olmayan) məhkəmə və sair çəkişmələrə rəvac verir

Ekspertlərin fikrincə dünyanın bir çox ölkəsində siğorta icbari şəkildə tətbiq olunur.İnsanlar bunun faydasını görəndən sonra isə könüllü şəkildə əmlakını siğortalayırlar.

Son xəbərlər
Digər xəbərlər