-1 C
Baku
Sunday, December 15, 2024

İnsanları idarə edən tələbatları necə təyin etmək olar?

Bizim hər birimizi istəklər, gözləntilər və maraqlar idarə edir. Lakin yenə də bütün insanlar üçün onların motivasiyasına təsir edən ümumi məqsədlər və dəyərlər vardır.

Beləliklə, söhbət insanları necə motivasiya etməkdən gedirsə, əlaqələr qurmaq və fəaliyyətə başlamaq üçün əsas amil insanların tələbatlarını və onların necə rəftarı sevdiklərini təyin etmək lazımdır. “Bu mənə nə verəcək?” prinsipinə riayət edərək siz başqalarının tələbatlarını təyin edcəksiniz və onları motivasiya edə biləcəksiniz.

Bu nöqteyi-nəzərdən bizi yerinə yetirdiyimiz işdə bir məna olması haqqında şəxsi istəklərimiz və maraqlarımız idarə edir. Əgər siz insanlarla onların  istədikləri kimi rəftar etməyi öyrənsəniz, sizin əllərinizə digərlərinə pozitiv təsir etmək üsulu keçəcək.

Siz əməkdaşlarınızın, ailə üzvlərinizin və dostlarınızın motivasiya dərəcəsini yüksəltmək istəyirsinizsə, ilk növbədə onların nə istədikləri haqqında düşünün. Onlar kimdirlər? Adətən onlar özlərini necə aparırlar və özlərini necə təmsil edirlər?

Bu məlumatın köməkliyi ilə siz insanlarla onların istədikləri kimi davrana və ünsiyyət qura bilərsiniz. Demək olar ki, sizin ünsiyyət qurduğunuz hər bir şəxs bizim təqdim etdiyimiz altı kateqoriyaya daxildirlər.

1. Müstəqilliyə tələbat Bu idarə etmək tələbatıdır. Belə tələbatı və xüsusiyyəti olan insanlar adətən özlərinə əmin, məqsədyönlü olurlar və öz şəxsi qrafikləri ilə işləmək istəyirlər. Siz görəcəksiniz ki, belə tip insanlar müstəqilliyə, incəsənətə meyilli olurlar və qeyri –adi tərzdə düşünürlər. Əsl motivasiya almaq üçün onlar müstəqil olaraq istədikləri kimi və istədikləri vaxtda işləməlidirlər.

2. Hakimliyə tələbat Bu tələbat insanın yönəldiyi dəyər və əhəmiyyət səviyyəsinə aiddir. Belə tələbatları və xüsusiyyəti olan insanlar öz üzərilərinə hadisəni idarə etmək öhdəliyini götürərlər və işin öhdəsindən uğurla gələcəklər. Belə insanlar adətən öz fikirlərini ifadə etməkdə və məqsədlərinə çatmaqda qərəzli olurlar. Əgər sizin ətrafınızda idarə və rəhbərlik etməyi sevən insanlar varsa, onlara onların məşğul olduğu işlərdə əhəmiyyətli rol təklif etmək faydalı olardı.

Belə insanlar lider olmaq istəyirlər və onları tabe olmaq və qadağalar motivasiya etmir.

3. Nailiyyətə tələbatlar Bir çox insanları layihələrin və tədbirlərin uğurlu yekunlaşması idarə edir. Siz bilməlisiniz ki, nailiyyətə olan təlablar yəgin ki, ambisiyalı insan olur. Əgər insanın tələbatlara ehtiyyacı varsa, ona onun istedadlarını və üstün cəhətlərini məqsədlərinə və uğura nail olmaq üçün istifad etməsində kömək edin. Belə insanları hiss olunan irəliləyiş idarə edir.

4. Mənsubluğa olan tələbat Biz hamımız sosial varlıqlarıq və digər insanlarla əlaqələrimizin olmasını istəyirik. Mənsubluğa tələbat olan insanlar öz enerjilərini hır hansısa qrupun bir üzvləri olmalarından və insanlarla əlaqə saxlamaqdan alırlar. Təxmin etmək olar ki, ən çox emosional və açıqdırlar. Belə insanlar üçün motivasiyanın mənbəyinin münasibətlərin və ünsiyyətin vacibliyi olduğunu anlayın və onları elə fəaliyyətlərə yönləndirin ki, orada onlar başqaları ilə ünsiyyət qura bilsinlər.

5. Təsdiq almağa olan tələbat Bir çox insanlar üçün onların işlərinin yaxşı keyfiyyətinin qəbul edilməsi və təsdiq olunması çox vacibdir. Bundan belə nəticəyə gəlmək olar ki, onlar öz işlərini məhsuldar və uğurlu şəkildə yerinə yetirirlər. Təsdiq almağa tələbatı olan insanlar motivasiyanı onlara qarşı göstərilən hörmət də və rəğbət də alırlar. Belə insanların onların öz işlərini yaxşı gördüklərini və onların əməklərinin qiymətləndirildiyini bilmələri onlar üçün zəruridir. Hər kəsin yanında onları tərifləmək belə tələbatı olan insanları motivasiya etməyin məhsuldar üsuludur.

6. Ədalətə olan tələbat Bizə qarşı ədalətli davranıldığını bilmək bizim emosional halımıza və motivasiyamıza təsir edə biləcək ən əsas amil ola bilər. İnsanlara onların hər birinin qatqısının qarşılıqlı gəlir və fayda gətirdiyini göstərərək qrup və ya komanda daxilində dinamiklə məhsuldar şəkildə idarə etmək olar. Biz başqalarına daha yaxşı davranıldığını, nəinki bizə bizdə mənfi təəssurat yarana bilər və bu bizim motivasiyamızı zəiflədə bilər. Əgər siz hər kəsə eyni yanaşsanız və heç kimə üstünlük verməsəniz, bu sizə kömək edəcək, siz demək olar ki, ədalətə inanan hər kəsə motivasiya verə biləcəksiniz. Bir çox insanların tələbatları bu kateqoriyaların ortalarında yerləşir. Buna görə insanların davranışlarına, istəklərinə qarşı diqqətli yanaşsanız, bu sizə onlarla məhsuldar çalışmağa kömək edəcək.

Son xəbərlər
Digər xəbərlər