Hər gün danışıqlarda, müştəri ilə qızğın mübahisələrdə insanları öz şərtlərinizə uymağa, sizin dediklərinizlə razılaşmağa çalışırıq. Heç bir fırıldaqçılıq etmədən və insanları aldatmadan onalrı razı salmağın, arzuladığınız nəticəni əldə etməyin bir sıra yolları vardır. Aşağıda bu faydalı üsullarla tanış ola bilərsiniz.
1. Qulaq asmaq
Bu ən vacib və çox vaxt qiymətləndirilməyən üsullardan biridir. İlk başdan elə görünür ki, bizimlə danışan insanın bütün sözlərinə qulaq asırıq. Bu həqiqətən də belədirmi? Aparılan prixoloji araşdırmalara görə, müsahib ilə danışıq zamanı vaxtın 60%-ni biz “mental yuxu”da keçiririk. Daha doğrusu insanı dinləsək də, şüurumuz qapalı olur. Bir çox hallarda isə söhbətin məğzini anlamadan razılıq əlaməti olaraq başımızı da yelləyə bilərik. Lakin biz bunu dəyişmək iqtidarındayıq – kiçik bir səy etmək və müsahibinizin nə dediyinə fikrinizi cəmləmək kifayətdir. Banal hörmətlə yanaşı, diqqəti tamamilə söhbətə yönəltməklə bütün danışıq üzərindəki idarəni öz əlinizə ala və onu istədiyiniz məcraya yönəldə bilərsiniz. Bununla da sonda istədiyiniz nəticəni əldə edə biləcəksiniz.
2. «50/50» qaydasından istifadə edin.
Danışıqlar zamanı qarşı tərəfin maraqlarını nəzərə almadan yalnızca öz dediyinizin üzərində durmusunuzmu? Heç düşünmüsünüzmü ki, ikinci tərəf nə istəyir və bunda ona necə kömək edə bilrəsiniz? Danışıqlar onun üçün nəzərdə tutulmayıb ki, sonda qazanan tərəf məhz siz olasınız. Burada hər iki tərəfin xeyrinə olacaq şüurlu bir qərar vermək lazımdır. Məşhur amerikalı psixoloq və yazıçı Ed Brodou öz “Danışıqlar” kitabında bu razılıq metodunu atanın yeniyetmə oğlu ilə ünsiyyətinə bənzədir. Bir çox yeniyetmələr kimi bu oğul da, valideynlərinin onun həyatına qarışmamasını istəyir. Lakin o hələ ki valideynlərinin himayəsində olduğu üçün tam müsqətillikdən söhbət gedə bilməz. Buna görə də valideynlərin oğula sərbəstlik verməsi məsələsində Brodou 50:50 qaydasından istifadə edir: “Bizim sənə müstəqillik verməyimiz üçün, sən artıq böyük olduğunu və bizim səni artıq rahatlıqla sərbəst buraxa biləcəyimizi sübut etməlisən”. Beləliklə, bu “razılaşmadan” hər iki tərəf məmnun qalacaq.
3. Ortaq cəhətlər tapın. Dostcanlı olun.
Daha bir açar mövqeyinə sahib olan üsul razılaşmada ortaq cəhətin tapılmasıdır. Eyni maraqlara sahib olduqda ortaq dil tapmaq və tez bir zamanda qarşılıqlı münasibət yaratmaq daha asan olacaq. Praktik olaraq hər bir insanla ortaq dil tapmaq olar. Dostcanlı olun, ilk dəqiqələrdən etibarən “qolları çırmalayıb döyüşə atılmaq” lazım deyil. Bunu etməklə elə başlanğıcdan uğurlu nəticə şanslarınızı itirmiş olursunuz.