13 C
Baku
Friday, April 19, 2024

İnsanların yersiz alış-veriş etməsinin səbəbi

Bahalı və lazımsız alış-veriş bəzən qarşısılınmazdır. Çünki məntiqi və emosional qiymətləndirmə beyinin eyni hissəsində həyata keçirilir.

Tədqiqatçılar insanların nəyə görə lazımsız, lakin bahalı alış-verişlərə yol verdiklərini araşdırmışlar. Bu zaman araşdırmaçılar müəyyən etmişlər ki, emosional narahatlıq və dəyərin müəyyən edilməsi prosesləri ventromedial prefrontal qabıqda (vmPFC) baş verir.

Şimali Karolina universitetinin professoru bildirmişdir: “vmPFC-də “Əziyyətlə qazandığım pulları bu əşyaya verməyə dəyərmi?” kimi dəyər qiymətləndirilməsi aparılır. Bu o deməkdir ki, alış-veriş prosesində emosiyalar da iştirak edir”.

Alimlərin bildirdiyinə görə, artıq çoxdandır ki, reklamlarda emosional qiymətləndirmə effektindən istifadə edilir. Lakin onun işləmə mexanizmi indiyə qədər də tam aydınlaşdırılmayıb.

Son xəbərlər
Digər xəbərlər