3 C
Baku
Saturday, December 14, 2024

“Instagram” 100 milyon istifadəçinin biometrik məlumatlarını toplamaqda ittiham olunur

“Facebook” şirkəti 100 milyondan çox istifadəçinin biometrik məlumatlarının qanunsuz şəkildə toplanmasında ittiham olunur. Banker.az xəbər verir ki, bu barədə “Business Insider” məlumat verib.

Korporasiyaya qarşı qaldırılan məhkəmə iddiasında bildirilir ki, “Instagram” üz tanıma sistemindən istifadə edən və “üz şablonu” yaradan xüsusi alətə sahibdir.

Qeyd edildiyi kimi, “Facebook” biometrik məlumatları məhsullarında üz tanıma texnologiyasını təkmilləşdirmək məqsədi ilə toplayır.
Amerikanın İllinoys ştatının qanununa görə, məhkəmə iddiası təmin edilərsə, “Facebook” bu pozuntuya görə 1-5 min dollar ödəyəcək, ümumi məbləğ isə 500 milyard dollar təşkil edə bilər.

“Facebook”un sözçüsü Stefani Otuey hesab edir ki, bu iddia əsassızdır. Onun sözlərinə görə, “Instagram” üz tanıma texnologiyasından istifadə etmir.

Son xəbərlər
Digər xəbərlər