4 C
Baku
Monday, December 5, 2022

“Instagram” çökdü

“Instagram” sosial şəbəkəsinin işində irimiqyaslı problemlər baş verib.

Bunu internet resurslarının işində problemlərə nəzarət edən “Downdetector” xidmətində istifadəçilərin şikayətləri sübut edir.

Saytda minlərlə insan “Instagram”ın çökməsi ilə bağlı mesajlar yerləşdirib. “Downdetector”dakı xəritəyə əsasən, ABŞ-dan olan istifadəçilər problemlərlə üzləşiblər.

Şikayətlərin əksəriyyəti (65 faiz) proqramın işləməməsi ilə bağlıdır.

Bundan əlavə, istifadəçilərin 29 faizi hesablarına daxil olmaq istəyərkən, 6 faizi isə “Instagram”ın brauzer versiyasından istifadə edərkən problemlərlə üzləşib.

Şəbəkə məsələ ilə bağlı şərh verməyib.

Son xəbərlər
Digər xəbərlər
X