9 C
Baku
Friday, March 1, 2024

“Instagram” çoxsaylı şikayətlərə görə bu funksiyadan imtina edir

İstifadəçilərin qəzəb dalğasından sonra “Instagram” sosial şəbəkəsi lentdəki videoların və tövsiyələrin sayını azaldacaq. Bununla belə, “Instagram”ın rəhbəri Adam Mosseri bildirib ki, bu, yenilikdən müvəqqəti imtinadır – istifadəçilərin istəkləri nəzərə alınmaqla dəyişikliklər sonradan əlavə olunacaq.

Banker.az bu barədə “İnc.ru”ya istinadən xəbər verir.

Xatırladaq ki, daha əvvəl “Instagram” belə bir yenilik təqdim etmişdir: sosial şəbəkədəki xəbər lenti qısa “Reels” videolarının və istifadəçinin izləmədiyi şəxslərin tövsiyələrinin üstünlük təşkil etməsi səbəbindən “TikTok”a bənzəməyə başlayıb.

Yeniləmə həm təsadüfi istifadəçilər, həm də milyonlarla izləyicisi olan bloqqerlər tərəfindən kütləvi tənqidlərə səbəb oldu.

Təkcə “Instagram” deyil, həm də “Facebook” da özünü “TikTok”a bənzətməyə çalışır.

Son xəbərlər
Digər xəbərlər