“Instagram” sosial şəbəkəsi videoların redaktəsi üçün “CupCut”ın analoqunu – “Edit” proqramını təqdim edib. Xatırladaq ki, “CupCut” əsasən “TikTok” istifadəçiləri arasında populyar olub. 19 yanvarda etibarən “TikTok” ABŞ-də bloklanıb.
Məlumata görə, “Edit” öncədən sifariş üçün “App Store”də artıq əlçatandır. Onun martın 13-də işə düşməsi gözlənilir. “Instagram” qeyd edir ki, “hazırda çox şey baş verir, lakin bizim məqsədimiz yaradıcıları mümkün olan ən yaxşı alətlərlə təmin etməkdir”.
“Edit”in funksiyaları arasında ideyaların izlənilməsi, redaktə alətləri, digər yaradıcılarla qaralamaları bölüşmək və videonu “Instagram”da bölüşmək var. Qeyd edək ki, tətbiqdə həmçinin yaşıl ekran funksiyası da var.