“Instagram” sosial şəbəkəsi videoların redaktəsi üçün “CupCut”ın analoqunu – “Edit” proqramını işə salıb. Xatırladaq ki, “CupCut” əsasən “TikTok” istifadəçiləri arasında populyardır.
“Edits”də istifadəçilər videoya musiqi, altyazı əlavə edə, effektlər verə və digər funksiyalardan yararlana biləcəklər. Hazır videonu HD, 2K və ya 4K təsvir ölçüsündə saxlamaq, eyni zamanda dərhal “Instagram” və ya “Facebook”da paylaşmaq mümkündür.
Başlanğıcda bütün funksiyalar pulsuz olacaq. Lakin “Instagram”ın rəhbəri Adam Mosseri gələcəkdə ödənişli funksiyaların da ola biləcəyini deyir. “TechCrunch” yazır ki, “ByteDance”in (“TikTok”un sahibi) “CapCut” videoredaktorundan fərqli olaraq, “Edits” istifadəçiləri videoları su nişanı olmadan pulsuz yükləyə biləcəklər.