26 C
Baku
Saturday, July 27, 2024

“Instagram” daha sürətli axtarış üçün QR-kod funksiyasını işə salıb

“Instagram” yeni QR-kod funksiyasını əlavə edib: indi bu və ya digər insanın sosial şəbəkədəki hesabını bu kod vasitəsi ilə tapmaq mümkün olacaq. Banker.az xəbər verir ki, bunun üçün smartfon kamerası ilə QR-kodu skan etmək kifayət edir.

Xatırladaq ki, əvvəllər tətbiqetmədə Nametag adlı funksiya olub – yalnız “Instagram”ın öz kamerası ilə skan edilə bilən daxili QR-kodlar.

Ümumiyyətlə, QR-kod funksiyası “Instagram”da ilk dəfə 2019-cu ildə Yaponiyada istifadəyə verilib. Öz QR-kodunuzu yaratmaq istəyirsinizsə, profilinizin parametrləri menyusunda müvafiq düyməni basın.

Müəssisələr QR-kodlarını çap edib lövhələrə, münyulara və ya istehsal etdikləri məhsulun üzərinə yerləşdirə biləcəklər.
Qeyd edək ki, daxili QR-kod funksiyası bir çox tətbiqlərdə istifadə olunur – “Facebook”, “Snapchat”, “VKontakte” və “Spotify”.

Son xəbərlər
Digər xəbərlər