17 C
Baku
Çərşənbə axşamı, Sentyabr 28, 2021

“Instagram” doğum tarixini göstərməyənlərə xidmətdən istifadəni qadağan edəcək

Screen Shot 2021 09 02 at 14.34.20

“Instagram” sosial şəbəkəsinin istifadəçiləri doğum tarixlərini göstərmələrini tələb edən mesajlar alacaqlar.

“APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə “Instagram”ın sahibi olan “Facebook” şirkətinin açıqlamasında deyilir.

Qeyd olunur ki, şirkət gələcəkdə doğum günü göstərilmədən “Instagram”dan istifadəni qadağan edəcək və süni intellekt alqoritmlərindən istifadə edərək məlumatların düzgünlüyünü yoxlayacaq. “Instagram”ın nümayəndələri bildirib ki, sözügedən tələb reklamların daha yaxşı fərdiləşdirilməsinə və uşaqları qoruyacaq funksiyalar yaratmağa imkan verəcək.

“Bildirişi bir neçə dəfə göndərəcəyik. Əgər müəyyən bir vaxtda doğum gününüzü qeyd etməsəniz, “Instagram”dan istifadə etmək üçün bunu etməli olacaqsınız”, – “Facebook”un məlumatında deyilir.

Xatırladaq ki, hazırda “Instagram”da təhlükəsizlik səbəbindən 16 yaşdan kiçik olan istifadəçilərin yeni hesabları avtomatik olaraq bağlanır. Bundan başqa, sosial şəbəkə böyüklərin 18 yaşınadək istifadəçilərə şəxsi mesaj göndərmələrinə icazə vermir.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:APA
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər