33 C
Baku
Monday, June 17, 2024

“Instagram” eksklüziv kontenti ödənişli edib

“Instagram” sosial şəbəkəsi ödənişli abunə xidmətini işə salıb, Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Bildirilir ki, bundan sonra hər bir bloqer xəbər lentindəki postları, canlı efirləri və digər kontenti izləyiciləri üçün pullu edə biləcək.

download 1

Ödənişli izləyicilərin profilləri bu və ya digər bloqeri dəstəklədiklərini bildirən xüsusi bənövşəyi nişan alacaqlar. Qeyd edildiyi kimi, abunənin qiyməti $0.99-99.99 arasında dəyişəcək.

“Instagram” daha əvvəl də ödənişli abunə xidmətini işə salmışdı. Onda bu funksiya yalnız on müəllif üçün əlçatan olmuşdu.

Son xəbərlər
 ⁠
Digər xəbərlər