“Instagram” fərdi məlumatların üçüncü tərəfə ötürülməsini idarə etməyə icazə verəcək

0

Instagram-a fərdi məlumatların üçüncü tərəfə ötürülməsini izləmək funksiyası əlavə ediləcək. Məlumata əsasən bu yeni funksiyanın növbəti 6 ay ərzində Instagram-a əlavə edilməsi planlaşdırılır. Bu barədə Rusbase saytı xəbər verib. Məlumatda qeyd edilib ki, kənar tətbiqlər və servislər çox zaman istifadəçilərə Instagram hesablarının öz sistemlərinə birləşdirilməsini təklif edirlər. Əsasən bu prosesi foto və ya veb səhifələrin yaradılması üzrə servislər təklif edirlər.

    Nəticədə həmin servislər istifadəçinin Instagram hesabındakı fotolara və özəl məlumatlara keçid imkanı əldə edirlər. Bu cür proseslərin idarə olunmasını sadələşdirmək üçün Instagram servisi öz tətbiqinin təhlükəsizlik bölməsinə yeni funksiya əlavə edəcək. Həmin funksiya vasitəsilə istifadəçi öz Instagram hesabına hansı servislərin birləşməsini və həmin servislərə hansı məlumatların ötürülməsini görə biləcək.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

    İstifadəçi istədiyi zaman istədiyi servisi silə biləcək. Bundan sonra isə həmin silinmiş servis istifadəçinin Instagram hesabından məlumatları əldə edə bilməyəcək. Bununla yanaşı Instagram üçüncü tərəfin istifadəçi hesabına keçidi tələb edən zaman ortaya çıxan avtorizasiya pəncərəsini də yeniləyəcək. Beləliklə həmin pəncərədə bu və ya digər servisin tələb etdiyi məlumatlar siyahısı əks olunacaq. İstifadəçi həmin pəncərə vasitəsilə öz istəyinə uyğun müəyyən servisi Instagram hesabına birləşdirməni seçə və ya ləğv edə biləcək.

©Technote