“Instagram” “Instagram Plus” abunəliyini test etməyə başlayıb

“Instagram” “Instagram Plus” abunəliyini test etməyə başlayıb, bu barədə ” TechCrunch” və “Engadget” məlumat verib. İstifadəçi məlumatlarına əsasən, şirkət abunəliyi Meksika, Yaponiya və Filippində sınaqdan keçirir.

Abunə haqqı regiondan asılı olaraq dəyişir: Meksikada 39 peso, Yaponiyada 319 yen, Filippində isə 65 peso təşkil edir. Bu da təxminən 2,2, 2 və 1,07 dollara uyğundur.

Ödənişli funksiyalar arasında “Hekayələr”i gizlin izləmək imkanı, təkrar baxışların statistikası və “Yaxın dostlar” siyahısından əlavə olaraq hekayələr üçün limitsiz auditoriya siyahıları yaratmaq var.

Bundan əlavə, hekayələrin paylaşım müddətini əlavə 24 saat uzatmaq mümkün olacaq. İstifadəçilər hekayələrə animasiyalı reaksiyalar qoya və onu izləyənlər siyahısında konkret istifadəçiləri axtara biləcəklər.

Son xəbərlər
Digər xəbərlər