İstifadəçilər sosial şəbəkədə daha bir zəiflik aşkar ediblər: bir il əvvəl silinən fotoşəkillərin surətini əldə etmək mümkün olub.
Banker.az bu barədə “Vc.ru”ya isinadən xəbər verir.
Xatırladaq ki, istifadəçi razılaşmasına əsasən, şəbəkə silinmiş şəkilləri serverdə 90 gündən çox olmayaraq saxlamalıdır.
Fotoşəkillərin saxlanma müddəti ilə bağlı məlumat yayıldıqdan sonra şirkət, bu hadisəni “kiçik bir səhv” adlandırıb. Qeyd edildiyi kimi, zəifliyi aşkar etmiş mütəxəssisə 6 min dollar ödənilib.
Ümumiyyətlə, bu hadisə istifadəçi məlumatlarının illərlə saxlandığını bir daha sübut edir. Biz yalnız gələcəkdə sosial şəbəkələr və digər platformalar üçün qanunverici və ən əsası – hüquqi məsuliyyətin yaradılacağına ümid edə bilərik.