11 C
Baku
Wednesday, December 11, 2024

“Instagram” istifadəçiləri təhqiredici mesajlardan qoruyacaq yeni funksiya yaradıb

Amerikanın “Instagram” sosial şəbəkəsi istifadəçiləri təhqiredici mesajlardan və bezdirici həmsöhbətlərdən qorumaq üçün xüsusi alətlər hazırlayıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Xatırladaq ki, daha əvvəl xidmət böyüklərin tanımadıqları yeniyetmələrə mesaj yazmasını qadağan etmişdir.

Qeyd edildiyi kimi, istifadəçilər “Direct” bölməsində mesajların filtrdən keçirilməsi funksiyasını aktivləşdirə biləcəklər. Ayrı-seçkiliyə qarşı və qorxutma ilə mübarizə aparan təşkilatları olduğu kimi, “Instagram” da təhqiramiz sözlərin, ifadələrin və hətta emojilərin siyahısını hazırlayıb. Eyni zamanda istifadəçilər öz siyahılarını yarada biləcəklər. Filtrdən keçmiş mesajlar gizli şəkildə ayrıca qovluğa göndəriləcək. İstifadəçi onu aça, silə və ya şikayət edə biləcək.

Önümüzdəki həftələrdə bu alət bəzi ölkələrdə, yaxın bir neçə ayda isə qalan digərlərində əlçatan olacaq. “Instagram” həmçinin istifadəçiləri onlarla əlaqə qurmaq istəyən və bunun üçün yeni hesablar açan blok edilmiş insanlardan qoruyacaq. Belə ki, xoşagəlməz istifadəçini blok etdiyiniz zaman onun gələcəkdə yaradacağı yeni hesablara da qadağa qoymaq funksiyasını seçmək mümkün olacaq. Bu funksiya yaxın bir neçə həftə ərzində dünya səviyyəsində istifadəyə veriləcək.

Bununla da, sosial şəbəkə təcavüzə qarşı siyasətini genişləndirir. Qeyd edək ki, “Instagram” təhqiramiz şərhlərlə də mübarizəsini gücləndirəcəyini vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər