16 C
Baku
Thursday, May 2, 2024

“Instagram” kənar şəxslərdən gələn mesajları məhdudlaşdırıb

“Instagram” spamla mübarizə aparmaq üçün yeni məhdudiyyətlər tətbiq edib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir. Məhdudiyyətlər foto və mətnə ​​şamil edilir və spam və nalayiq mesajları, xüsusən də qadınlara ünvanlanan mesajları azaltmaq məqsədi daşıyır.

Xatırladaq ki, əvvəllər sorğuların sayı məhdud deyildi, indi isə tanımadığın şəxsə yalnız bir mesaj göndərmək mümkündür. Ünsiyyətə davam etmək üçün həmsöhbət buna razılıq verməlidir.

Sosial şəbəkədə digər məhdudiyyətlər də mövcuddur. Məsələn, “gizli sözlər” ayarı təhqiramiz ifadələrdən ibarət mesajları qadağan edir. Siz həmçinin xüsusi istifadəçilərdən gələn mesajları və şərhləri məhdudlaşdıra və ya onları bloklaya bilərsiniz.

Son xəbərlər
 ⁠
Digər xəbərlər