16 C
Baku
Friday, April 19, 2024

“Instagram” like saylarının gizlədilməsi funksiyasını test edir

 Instagram fotoservisi paylaşımlara gəlmiş bəyənmə (like) saylarını digər istifadəçilərdən gizlətmə funksiyasını test etməyə başlayıb. Bu barədə Techcrunch saytına istinadən Rusbase saytı xəbər verib. “Biz, istifadəçilərin nə qədər bəyənmə yığdıqlarına deyil nə cür kontent paylaşdıqlarına diqqət ayırmalarını istəyirik” – deyə Instagram bildirib. Instagram təmsilçisi qeyd edib ki, bu hələ şirkətdaxili prototip funksiyadır və o, çoxlu sayda istifadəçilər tərəfindən test olunmur.

image 78861091425642

    Şirkət düşünür ki, bəyənmə saylarının gizlədilməsi öz növbəsində istifadəçilərə qarşı olan təzyiqi aşağı salacaq. Belə ki, onlar özlərinin daha məşhur dostlarının bəyənmə sayları ilə öz bəyənmə saylarını müqayisə etməkdən imtina edəcəklər. Techcrunch bildirib ki, bəyənmə saylarının gizlədilməsi funksiyasının işə salınması halında istifadəçilər və reklam verənlər daha çox abunə və rəy sayına fikir verəcəklər. Bununla belə gizlədilmiş bəyənmə sayları hələ də paylaşımların ana səhifədə sıralanmasına təsir edəcək.

©Technote

Son xəbərlər
Digər xəbərlər