18 C
Baku
Tuesday, April 23, 2024

“Instagram” mühüm funksiyanı geri qaytarır

“Instagram” sosial şəbəkəsi 2022-ci ilin birinci rübündə xronoloji xəbər lenti funksiyasını qaytarmağı planlaşdırır.

Banker.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Adam Mosseri ABŞ Senatında keçirilən dinləmələrdə bildirib.

Qeyd edək ki, 2016-cı ildə “Instagram” xronoloji xəbər lentindən alqoritmik xəbər lentinə keçib. Lakin istifadəçilərin bu yeniləməyə reaksiyası bu gün də qarışıq olaraq qalır.

Digər ideyalar arasında Mosseri “Seçilmişlər” funksiyasını adlandırıb. Onun vasitəsilə istifadəçilər xəbər lentində ilk görünəcək hesabları seçə biləcəklər.

“Instagram” – foto və video paylaşmağa imkan verən və “Meta” şirkətinə məxsus olan pulsuz tətbiqdir. Xidmət həmçinin filtrdan istifadə etmək, foto və video çəkmək funksiyalarına malikdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər