13 C
Baku
Çərşənbə, Dekabr 1, 2021

“Instagram” ödənişli abunə xidmətini işə salır

“Instagram” sosial şəbəkəsi bloggerlərin eksklüziv kontentini görmək istəyən istifadəçilər üçün ödənişli abunə xidmətini işə salır.

Banker.az xəbər verir ki, artıq ABŞ üçün qiymətlər açıqlanıb, abunənin qiyməti 0.99-4.99 dollar arasında dəyişir.

Şirkətin ödənişli abunə xidmətini işə salmaq planları ilk dəfə 2021-ci ilin mayında məlum olub. Bu xidməti seçənlər üçün əlavə hansı funksiyaların görünəcəyi qeyd edilməyib.

“Instagram”ın rəhbəri Adam Mosseri hesab edir ki, bu tətbiqdə pul qazanmağın yeganə yolu reklamdır. Buna görə də, bu variant istifadəçilər üçün daha rahat olacaqdır. İş adamı platformanın həmçinin NFT bazarı ilə maraqlandığını əlavə edib.

0815c9620a434f76f856597bbb3cd4f1

Xatırladaq ki, daha əvvəl “Instagram” bütün istifadəçilərə hekayə bölməsində hiperlink yerləşdirməyə icazə verib. Öncə bunu yalnız təsdiq edilmiş və müəyyən izləyici sayına çatmış istifadəçilər edə bilərdi.

Son xəbərlər
Oxşar xəbərlər
X