22 C
Baku
Tuesday, April 23, 2024

“Instagram” öz messencerini sınaqdan keçirməyə başlayır

“Facebook” sosial şəbəkəsinə aid olan “Instagram” foto servisi öz şəxsi messencerini sınaqdan keçirməyə başlayır.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, “Direct” adlı mobil proqram “Android” və “iOS” mobil platformaları üçün 6 ölkədə (İsrail, Türkiyə, Uruqvay, İtaliya, Portuqal və Çili) istifadəyə veriləcək. Sınaq müddəti dəqiqləşdirilmir, amma “Direct” messenceri bütün dünyada əlçatan olsa, bu proqram “WhatsApp” və “Facebook Messenger”dən sonra şirkətin üçüncü populyar messenceri olacaq.

“The Verge” nəşri qeyd edir ki, “Direct” bölməsi “Instagram” foto servisində mövcud olduğu müddətdə bir neçə dəfə yenidən dizayn edilib və cari ilin aprelinədək aylıq 375 milyon insan ondan istifadə edib. “Instagram Stories” funksiyasının populyarlığı “Direct”in auditoriyasını artırırdı.

İndiki halda “Direct” eksperimental proqramı 3 əsas bölmədən ibarətdir. Bu bölmələrdən biri kameradan istifadəni nəzərdə tutur: şəkil çəkmək və onu həmsöhbətlərə göndərmək üçün emal etməyə imkan verir (sazlamalarda “Instagram”da olmayan 4 filtr mövcuddur). İkinci bölmə danışıqlar siyahısından ibarətdir, üçüncü bölmə isə istifadəçiyə öz profilini tənzimləməyə imkan verir. Həmçinin “Direct” mobil proqramından “Instagram”ın əsas proqramına birbaşa keçid mümkündür.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər