20 C
Baku
Monday, October 7, 2024

İnstagram qaydaları pozan hesablara mesaj göndərməsini qadağa qoyacaq

İnstagram Direct-də qaydaları pozan hesabların müəyyən müddət mesaj göndərməsinin qadağan olunacağını və pozuntu davam edərsə hesabın tamamilə bağlanacağını açıqlayıb.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, Instagram-ın açıqlamalarına görə, istifadəçi Direct qaydalarını pozan mesajlar göndərəndə istifadəçiyə müəyyən müddət ərzində daha çox mesaj göndərmək qadağan ediləcək. Bundan əlavə, qadağa götürüldükdə istifadəçi mesajları göndərməyə davam edərsə, hesabları həmişəlik ləğv olunacaq.

Instagram, Direct qaydalarını pozmaq üçün yaradılan yeni hesabların da birbaşa ləğv ediləcəyini və yalnız sui-istifadə edilərək yaradılan hesabların tez bir zamanda aşkar edilərək bağlanacağını bildirib. 

 

 

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər