“Instagram” sosial şəbəkəsi QR-kodların funksionallığını genişləndirib. İndi istifadəçilər onların köməyi ilə nəşrlər və ya videolar paylaşa biləcəklər. Eyni zamanda, QR-kodlar məkanı göndərmək üçün də mövcud olacaq.
Banker.az bu barədə “İnc.ru”ya istinadən xəbər verir.
Qeyd edək ki, QR-kod funksiyası “Instagram”da 2018-ci ildə işə düşüb. Onun vasitəsilə istifadəçilər bir-biri ilə hesablarını paylaşa bilirlər.
Xatırladaq ki, avqustun 24-dən sosial şəbəkə “BeReal”dakı kimi təbii şəkillər funksiyasını test etməyə başlayıb. Hər gün müəyyən vaxtda istifadəçilərə bildiriş gələcək və onlar iki dəqiqə ərzində şəkil şəkil paylaşıb etməli olacaqlar.