“Meta” Rusiya və Ukraynadakı istifadəçilərin izləyici sayını gizlədəcəyini açıqlayıb.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Ukrayna və Rusiyadakı icmalarımızı qorumaq üçün bu iki ölkədən olan istifadəçilərin izləyici sayı məlumatlarını gizlədəcəyik”, – mesajda bildirilib.
Sosial şəbəkə “Rusiya dövlət mediasının saytlarına” keçidi olan hekayələri etiketləyəcək.
Fevralın 28-i “Facebook” da oxşar tədbirlər görüb: sosial şəbəkə dostlar siyahısında Rusiyadan olan istifadəçilərin adlarını gizlədib.