18 C
Baku
Thursday, April 25, 2024

“Instagram” servisinin auditoriyası 1 milyarda çatıb

Foto və videoların mübadiləsi üçün “Instagram” xidmətinin istifadəçilərinin sayı 1 milyard olub. Bu haqda xidmətin saytında məlumat verilib.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, məlumatda deyilir ki, “Instagram” – indi 1 milyard istifadəçini birləşdirən qlobal bir cəmiyyətdir. “Biz 2010-cu ildən etibarən cəmiyyətimizin inkişafı üçün mümkün olan hər şeyi etmişik” – sənəddə deyilir. Bu, bizim üçün böyük nailiyyətdir, hamınıza təşəkkür edirik!”

Həmçinin 20 iyunda tərtibatçılar tərəfindən təqdim edilmiş “IGTV” adlı yeni proqramın köməyi ilə müddəti 1 saatadək olan şaquli videolar yerləşdirmək və izləmək mümkün olacaq. Bir neçə həftə ərzində istifadəçilər üçün əlçatan olacaq mobil proqram “Android” və “iOS” əməliyyat sistemlərində işləyəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər