27 C
Baku
Saturday, July 27, 2024

“İnstagram” sildiyi funksiyanı yenidən işə saldı

İnstagram sosial şəbəkəsi uzun müddətdir, ləğv etdiyi xəritə funksiyasını 10 illiyi münasibətilə, yenidən istifadəyə verib.

Data oğurlanmasına səbəb olduğu söylənən bu funksiya paylaşılan fotoların çəkildiyi ərazini göstərirdi. Photo Maps adlandırılan bu xüsusiyyətin sonuncu versiyası əvvəlki ilə müqayisədə bir qədər fərqlidir. Bundan sonra həmin funksiyanı hekayələr bölməsinin arşiv qismində görə biləcəyik. Amma Photo Maps istifadəçiləri bunu izləyicilərinə göstərə bilməyəcəklər.

Bununla yanaşı, daha bir yeniliyə görə, paylaşıma təhqir dolu rəy yazanlar post sahibi tərəfindən kənarlaşdırıla biləcək.

Qeyd edək ki, 2010-cu il, sentyabrın 6-da yaradılan İnstagram sosial şəbəkəsi  2012-ci ildə Facebook tərəfindən satın alınıb.

MənbəTed.az
Son xəbərlər
Digər xəbərlər