26 C
Baku
Friday, April 19, 2024

Instagram təsisçiləri istefaya gedir

İnstagram sosial şəbəkəsinin baş direktoru Kevin Sistrom və baş texniki direktoru Mayk Kriger istefa verib. Yaxın həftələrdə onların şirkəti tərk edəcəyi gözlənilir.

Bu barədə “The New York Times” qəzeti vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, K.Sistrom və M.Kriger istefa ilə bağlı qəbul edilən qərarı sosial şəbəkənin məxsus olduğu İnstagram və Facebook rəhbərliyinin diqqətinə çatdırıblar. Mənbə qeyd edib ki, İnstagram həmtəsisçiləri istefanın səbəblərini açıqlamayaraq işdən azad olunduqdan sonra istirahət edəcəklərini bildiriblər.

Qəzet nümayəndələrinin fikrincə, K.Sistrom və M.Kriger İnstagram-ı hazırda Facebook şirkətinin yaşadığı ən böyük böhran səbəbi ilə tərk ediblər.

©Xeberler.az

Son xəbərlər
Digər xəbərlər