17 C
Baku
Friday, April 19, 2024

“Instagram” vacib funksiyalarından birini siləcək

“Instagram” sosial şəbəkəsi Following, bölməsini siləcək. Bu bölmə istifadəçilərə izlədikləri şəxslərin postlarını bəyənməyə və onların hərəkətlərini izləməyə kömək olurdu. Məsələn, izlədiyiniz şəxsin hansı postu bəyəndiyini, kimləri izlədiyini görə bilərdiniz. Yenilikdən sonra bunları etmək mümkün olmayacaq.

Bu haqda BuzzFeed nəşri yazıb.

İstifadəçi sosial şəbəkədə postu gizlətsə də belə, onu izləyən şəxslər onun paylaşımlarını görürdü. Hətta bir çoxları bilmirdi ki, onların paylaşımlarını following olduğu halda digər insanlar görə bilər.

2019 10 10 11 48 17 4ba9

Qeyd etmək yerinə düşər ki, Instagram-da Following bölməsi 2011-ci ildə yaranıb. Güman edilirdi ki, bu istifadəçilərə öz maraq dairələrini genişləndirməyə və aktiv dostlarını öyrənməklə yeni məzmun tapmağa kömək olurdu. İndi isə bu funksiyalar tövsiyə edilən bölmə tərəfindən yerinə yetirilir.

Bildirilir ki, bu funksiya oktyabrın 7-dən etibarən silinməyə başlayıb. Həftə sonuna qədər isə bu yenilik bütün istifadəçilərə toxunacaq. İyulda isə şirkət test kimi postların altında olan laykların sayını gizlətməyə başlayıb.

Analitiklər isə deyirlər ki, yenilik reklam bazarında ciddi dəyişikliyə gətirib çıxaraq. Çünki yenilikdən sonra, reklamverənlər laykların sayına deyil, şərh və abunəçilərin sayına fikir verəcəklər.

©Facemark.az

Son xəbərlər
Digər xəbərlər