7 C
Baku
Cümə axşamı, Dekabr 2, 2021

“Instagram” yeni funksiya təqdim edib

“Instagram” sosial şəbəkəsi bütün istifadəçilərə öz hekayələrinə hiperlink əlavə etməyə icazə verib. Xatırladaq ki, əvvəllər yalnız təsdiqlənmiş hesabı və müəyyən sayda abunəçisi olan istifadəçilər hekayə bölməsinə hiperlink yerləşdirə bilərdi.

Banker.az xəbər verir ki, şirkət nümayəndələri qeyd ediblər ki, zərərli məzmunun (kontentin) yayılması ilə mübarizə aparmaq üçün saxta yazılara və ya nifrətə çağırışlara əl atan hesablar hiperlink paylaşa bilməyəcək.

Xatırladaq ki, daha əvvəl “Facebook” da öz qaydalarını yeniləyib. Şəbəkə moderatorları təkcə “təqib edənlərin” mesajlarını və şərhlərini deyil, həm də onların hesablarını siləcəklər.

Son xəbərlər
Oxşar xəbərlər
X