“Instagram” yeni Note funksiyasını test etməyə başlayıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir. Bildirilir ki, bu funksiya sosial şəbəkə istifadəçilərinə ideyalarını bölüşməyə imkan verəcək.
Tezlikdə istifadəçilər “Qeyd yaratmaq” və “Fikir paylaşın ki, başqaları onu görsünlər” funksiyalarını yerinə yetirə biləcəklər. Qeydlər “Hekayələr” kimi olacaq və 24 saatdan sonra yox olacaq. Mesajın maksimal uzunluğu 60 simvol təşkil edəcək.
Sosial şəbəkənin nümayəndələrinə görə, yenilik istifadəçilər arasında ünsiyyəti asanlaşdırmaq məqsədini daşıyır.