12 C
Baku
Saturday, November 23, 2024

“Instagram” yeni funksiyanı test edir

“Instagram”ın baş direktoru Adam Mosseri xidmətin bir-iki həftədən sonra 9:16 ölçülü fotoşəkilləri sınaqdan keçirməyə başlayacağını bildirib. Son yeniləmə ilə bağlı tənqid dalğasına baxmayaraq, xidmət “Reels” və “TikTok” formatına keçməkdən imtina etməyi planlaşdırmır.

Banker.az bu barədə “İnc.ru”ya istinadən xəbər verir.

Qeyd edək ki, 9:16 ölçü hal-hazırda yalnız qısa videolar üçün mövcuddur. İstifadəçilər sosial şəbəkəni “TikTok”a daha çox bənzədən yeniləməyə mənfi reaksiya veriblər.

“Google”un iyul ayında apardığı araşdırma göstərib ki, gənc istifadəçilərin 40%-i məlumatı axtarış sistemləri vasitəsilə deyil, sosial şəbəkələrdə axtarır. Yeni restoran haqqında məlumat əldə etmək üçün gənclər “Instagram” və ya “TikTok”a üz tutur.

Son xəbərlər
Digər xəbərlər