9 C
Baku
Monday, November 18, 2024

“Instagram”da “ara ver” funksiyası işə düşüb – Onu necə aktivləşdirmək olar?

“Instagram”da “ara ver” funksiyası işə düşüb. Şirkətin izah etdiyi kimi, o bu funksiyanı “təhlükəsiz internet həftəsi”ndən əvvəl tətbiq etmək qərarına gəlib.

Banker.az xəbər verir ki, yenilik istifadəçilərə “Instagram”da nə qədər vaxt keçirdiklərini daha yaxşı idarə etməyə imkan verir.

İstifadəçilər 10, 20 və ya 30 dəqiqə ərzində bu cür bildirişləri alacaqları müddəti təyin edə biləcəklər. Sosial şəbəkə tətbiqi bağlamağı və ara verməyin yollarını (məsələn, sevdiyin mahnıları dinləmək və ya tapşırıqlar siyahısından nəyisə etmək) təklif edəcək.

Funksiyanı aktivləşdirmək üçün “Hesab”, sonra isə “Hərəkətləriniz” bölmələrinə keçid etməlisiniz. Növbəti mərhələdə “Zamanın idarə edilməsi”nə daxil olaraq lazımi intervalı seçirsiniz (30, 20 və ya 10 dəqiqə).

Son xəbərlər
Digər xəbərlər