9 C
Baku
Thursday, December 12, 2024

“Instagram”da hesabı bərpa etmək asanlaşıb – İnstruksiya

“Instagram” hesabların bərpası üçün vahid səhifə yaradıb. Belə ki, istifadəçilər hesabları “hack” edilibsə və ya bloklanıbsa, parol unudulubsa və ya başqa problemlər yaranıbsa, səhifələrinə girişi bərpa etmək üçün sosial şəbəkənin yaratdığı habdan yararlana bilərlər.  Bunun üçün Instagram.com/hacked ünvanına keçid edərək, təqdim olunan instruksiyaları yerinə yetirmək tələb olunur, Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

download 2

Xatırladaq ki, 2022-ci il fevral ayından etibarən “Instagram” istifadəçilərə dostlarından şəxsiyyətlərini təsdiqləmələrini xahiş edərək hesaba girişi tez bir zamanda bərpa etməyə imkan verən funksiyanı sınaqdan keçirir. Bu funksiya artıq bütün istifadəçilər üçün əlçatandır. Bunun üçün “Instagram”da iki dost seçmək lazımdır.

download 3

“The Verge” yazır ki, hesaba girişin bərpası aktual problemdir. İstifadəçilər sosial şəbəkənin bu kimi hallara ləng reaksiya verməsindən şikayət edirlər. 

Son xəbərlər
Digər xəbərlər