“Instagram”a mesajları planlaşdırmaq, başqa dillərə tərcümə etmək və söhbətin yuxarı hissəsinə bərkitmək funksiyası əlavə edilib. Sosial şəbəkə həmçinin dostlarla musiqini bölüşmək imkanını yaradıb.
İndi istifadəçilər mesajı 29 gün əvvələ qədər planlaşdıra bilərlər. “Meta” nümayəndələri izah edirlər ki, dəyişikliklər müxtəlif vaxt zonalarında yaşayan insanlarla ünsiyyəti sadələşdirmək məqsədi daşıyır.
Digər yeniliklər arasında QR-kod vasitəsilə dostları qrup çatlarına dəvət etmək və mesajları müxtəlif dillərə tərcümə etmək var. Qeyd edək ki, tərcümə 99 dili əhatə edir.
“Instagram”da daha bir maraqlı yenilik musiqini birbaşa tətbiq daxilində bölüşmək imkanıdır. İstifadəçilər sosial şəbəkədən çıxmadan dostları ilə eyni vaxtda mahnıya qulaq asa biləcəklər.